Avstriya parlamenti “erməni soyqırımı”nı tanıyıb


Avstriya parlamenti “erməni soyqırımı”nı tanıyıb və pisləyib.

APA-nın “Der Spiegel”ə istinadən verdiyi məlumata görə, avstriyalı deputatlar türkiyəli həmkarlarına eyni addımı atmağı tövsiyyə ediblər.

“Ankara qaranlıq keçmişə aydınlıq gətirməlidir və etiraf etməlidir ki, Osmanlı imperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”, - deyə Avstriya parlamentinin bəyanatında bildirilir.

Sənədi bütün fraksiyaların nümayəndələri imzalayıblar.

“Der Standard”ın məlumatına görə, deputatlar etiraf ediblər ki, Avstriyanın da tarixi məsuliyyətdə payı var. Çünki Avstriya I Dünya müharibəsində Osmanlı imperiyasının müttəfiqi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu