İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb


İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb


İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub. RİA “Novosti” xəbər verir ki, bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.



Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.

Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.

Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu