Sərnişin dolu metro qatarı relsdən çıxdı


Sərnişin dolu metro qatarı relsdən çıxdı


Vaşinqton metrosunda "qırmızı" xəttlə hərəkət edən qatarın relslərdən çıxması nəticəsində qəza baş verib.

Trend-in məlumatına görə, relslərdən çıxan qatarda 60-a yaxın sərnişin olub.

Qəza yerində hazırda fövqəladə xidmət qüvvələri işləyir. Qəzanın baş vermə səbəbləri məlum deyil.

İnsident nəticəsində xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Hadisədən dərhal sonra sərnişinlər təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu