Azərbaycanlı mühacir insanları girov götürdü- Polislərə atəş açdı


Azərbaycanlı mühacir insanları girov götürdü-


Barəsində Almaniyadan deportasiya qərarı çıxarılan azərbaycanlı ailə ilə polis arasında insident yaşanıb. Almaniyanın “WDR1” saytının yazdığı məlumata görə, hadisə yanvarın 18-də, yerli vaxtla saat 3 radələrində Gütersloh şəhərində baş verib. Bildirilir ki, bir neçə dəfə ölkə sərhədlərini pozaraq Almaniyaya girmiş ailənin deportasiyasına qərar verilib. Qərarla razılaşmayan ailə onları yataqxanadan çıxarmağa gələn işçi qrupuna qarşı çıxıb.



Şəhər məhkəməsinin sözçüsü Sven-Georg Adenauer deyib ki, səlahiyyətli şəxslər ailəni çıxarmaq üçün yerləşdiyi yataqxanaya gediblər. Ölkəni tərk etmək istəməyən ailənin başçısı polisin silahını alaraq bir neçə dəfə göyə atəş açıb. O, Miqrasiya Xidmətinin və Təhlükəsizlik Xidmətinin əməkdaşlarını girov götürüb. Polis isə hadisə yerindən qaçıb.

Xüsusi təyinatlı qrupun müdaxiləsi ilə azərbaycanlı zərərsizləşdirilib. Polisin bildirdiyinə görə, hadisə zamanı deportasiya edilmək istəməyən kişinin həyat yoldaşı da özünə bıçaqla xəsarət yetirib.

Məlumatda bildirilir ki, azad olunmuş girovlara psixoloji yardım göstərilir.

Hadisə yerində olan polis Sonja Rehmert “Bild.de” saytına deyib ki, birdən adam polis məmuruna hücum etdi və xidmət silahını aldı. Sonra bir neçə atəş açıldı. Həkim və polis evdən qaçdı. İmmiqrasiya şöbəsinin əməkdaşı və təhlükəsizlik işçisi girov kimi qaldı. Dərhal həyəcan siqnalı verildi.

İnsident yatırılandan sonra yaralı qadın xəstəxanaya aparılıb, hadisəni törədən kişi isə həbs edilib. Faktla bağlı cinayət işi açılıb. (Meydan Tv)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu