Armen Sarkisyan prezidentliyə namizəd oldu


Armen Sarkisyan prezidentliyə namizəd oldu


Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.



Aysor.am yazır ki, bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq.

Yeni namizəd 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir.

O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.

Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir.

Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.

Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu