ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb


ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb


ABŞ hökuməti, Respublikaçılar partiyasi ilə Demokratlar arasında büdcə məsələlərində anlaşmadıqları üçün rəsmi olaraq fəaliyyətini dayandırıb.

"Report", "Kommersant" qəzetinə istinadən xəbər verir ki, ABŞ Konqresi Bakı vaxtı ilə saat 09:00-da 2018-ci il büdcəsini qəbul edə bilmədiyini bildirib. Nəticədə, ABŞ federal nazirliklər və qurumları öz işlərini dayandırmağa məcbur olublar.

Qeyd edək ki, büdcə anlaşmazlığına, ABŞ-a uşaq yaşlarında köçən insanların qorunmasını təmin edən "DACA" adlı proqramın səbəb olduğu bildirilir.

Xatırladaq ki, ABŞ hökuməti fəaliyyətini son dəfə 2013-cü ildə dayandırıb. O zaman razılaşma 16 gün sonra əldə olunub.

"Report"un analitik qrupu bildirir ki, ABŞ hökumətinin fəaliyyətini dayandırması dolların məzənnəsinə qısamüddətli də olsa mənfi təsir edəcək. Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin önümüzdəki həftə 1,24 səviyyəsinə qədər yüksələcəyi istisna edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu