Afrində 287 terrorçu zərərsizləşdirilib- 47 hədəf vurulub


Afrində 287 terrorçu zərərsizləşdirilib-


Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində 287 terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, ötən gün şəhid olan iki hərbçinin nəşi döyüş bölgəsində qaldığından götürmək mümkün olmayıb.

Qeyd edilib ki, bu gün hava hücumlarına 27 qırıcı təyyarə cəlb olunub, PKK, PYD və İŞİD terrorçularına məxsus 47 hədəf vurulub.

Hazırda Afrində antiterror əməliyyatları uğurla davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu