“Kreml siyahısı” hamıdan çox Vahid Ələkbərova ziyan vurdu


“Kreml siyahısı” hamıdan çox Vahid Ələkbərova ziyan vurdu


ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən dərc olunan “Kreml siyahısı”nda yer alan rusiyalı biznesmenlərin varidatı bir sutka ərzində 1,06 milyard dollar həcmində azalıb.

AzVision.az xəbər verir ki, bu barədə RBK nəşri “Forbes”in online reytinqinə əsasən məlumat yayıb.

Məlumata əsasən, siyahıya adı salınan biznesmenlərdən ən çox ziyan Azərbaycan əsilli milyarder Vahid Ələkbərova dəyib. O, bir gün ərzində 226 milyon dollar pul itib.

Sonrakı yerdə 205 milyon dollar zərərlə Novelipeçsk metallurq kombinatının sahibi Vladimir Lisin və 102 milyon dollarla Süleyman Kərimov gəlir.

Qeyd edək ki, ABŞ Rusiyanın siyasi rəhbərliyi ilə yanaşı iş adamlarını da “Kreml siyahısı”na daxil edib. Siyahıda Azərbaycan əsilli milyarderlər Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Zarax İliyev və Qod Nisanovun adı yer alıb.

ABŞ Prezidenti Donald Trampla dostluq münasibətində olan Ağalarovun sözügedən siyahıya salınması təəccüb doğurub. Ümumilikdə 210 Rusiya vətəndaşı “Kreml siyahısı”na daxil edilib. Onlardan 114-ü siyasətçi və məmurdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu