ABŞ hökuməti fəaliyyətini müvəqqəti dayandırdı


ABŞ hökuməti fəaliyyətini müvəqqəti dayandırdı


ABŞ-da federal hökumət bu ay ərzində ikinci dəfə fəaliyyətini dayandırıb.



Daha əvvəl qəbul edilmiş müvəqqəti büdcənin qüvvədə olma müddəti fevralın 9-na keçən gecə bitib.

Fevralın 7-də respublikaçılar və demokratlar yeni 2 illik büdcə barədə razılıq əldə ediblər. Bu razılıq qarşıdakı 2 il ərzində büdcə xərclərinin 300 milyard dollar artırılmasını nəzərdə tutur. Lakin layihə səsverməyə çıxarılmazdan əvvəl - son anda respublikaçı senator Rend Pol hazırkı limitlər çərçivəsində maliyyələşməni nəzərdə tutan düzəliş təklif edib. Nəticədə layihəni vaxtında qbul etmək mümkün olmayıb və federal idarələr fəaliyyətini müvəqqəti dayandırıb. Lakin hər iki partiya arasında razılıq əldə edildiyi üçün bu hal uzun sürməyəcək.

Büdcə layihəsinin bu gün qəbul olunacağı gözlənilir. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu