Afrin əməliyyatı: 24 gündə 31 şəhid, 143 yaralı


Afrin əməliyyatı:


Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatının 24-cü gününə olan məlumat açıqlanıb.

Əməliyyatlar zamanı indiyədək Türkiyənin 31 hərbçisi şəhid olub, 143 nəfər yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, "Zeytun budağı" əməliyyatında 1369 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu