Təbriz universitetində "ana dili aksiyası": "Ruhani, vədlərin hanı?"

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 16:41    |    Xəbər oxunub: 572 dəfə
Təbriz universitetində "ana dili aksiyası":


Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələri "ana dilində təhsil tələbi ilə etiraz aksiyası keçirib", iranlı fəal deyir.



Kanadada yaşayan İran azərbaycanlısı, hüquq müdafiəçisi Vahid Qarabağlı BBC Azərbaycancaya deyib ki, həftənin çərşənbə axşamı universitetin foyesinə toplaşan tələbələr məktəblərdə ana dilində tədris olmasını tələb ediblər.

"Bu tələb İran Azərbaycanında İslam inqilabından sonra aktuallaşıb. İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər", o əlavə edib.
Vahid Qarabağlı deyir ki, indiki İran prezidenti Həsən Ruhaninin vədləri arasında İranda yaşayan etnik xalqların öz dilində təhsil ala biləcəklərini və onların mədəniyyətlərinin qoruyub inkişaf etməsinə diqqət ayrılacağı da vardı:

"Ona görə də aksiyada şüarlardan biri də bu idi ki, "Ruhani, Ruhani, vədlərin hanı?"

Şahid Mədəni Azərbaycan Universitetindən BBC Azərbaycancaya danışan, adının çəkilməsini istəməyən tələbə deyir ki, hər zaman dinc aksiyalar keçirib onları narahat edən məsələlərə münasibət bildirə bilərlər. Tələbə qeyd edir ki, Azərbaycan dili və ədəbiyyatı fənni yalnız Təbirzdə bir universitetdə öyrədilir, Marağa, Binab, Urmu universitetlərdə isə seçmə fənn kimi təklif olunur:

"Orta məktəblərdə tədris ana dilində deyil. Biz bunu tələb edirik, universitetlərdə Azərbaycan dili tədrisinin artırılmasını istəyirik".

BBC Azərbaycancaya danışan təbrizli tələbələr deyirlər ki, "ana dilində tədris haqqını əldə etməyənədək" onlar dinc mübarizələrinə davam edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

Afrində türk əsgər şəhid olub

Afrində türk əsgər şəhid olub

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

Hərbçiləri daşıyan avtobus aşdı-

Hərbçiləri daşıyan avtobus aşdı- xəsarət alanlar var

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə:

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Bakıda sürücü

Bakıda sürücü "Lexus"la yol kəsdi, sosial şəbəkələrdə tənqid olundu

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi:

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi: Qanun pozuntusu

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur