NATO Afrindəki əməliyyatlara qarşı çıxmır


NATO Afrindəki əməliyyatlara qarşı çıxmır


NATO Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi “Zeytun budağı” əməliyyatına qarşı deyil. Bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Müdafiə naziri bildirib ki, NATO-nun baş katibi ölkənin xarici təhdidlərə qarşı mübarizəsinə müsbət yanaşan şəxslərdən olub: “NATO üzv-ölkələri də bizim Afrindəki fəaliyyətimizi anlayışla qarşılayıb. NATO-nun əməliyyatları dayandırmaq tələbi barədə söz getmir”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu