ABŞ və Türkiyə razılığa gəldi


ABŞ və Türkiyə razılığa gəldi


ABŞ və Türkiyə münasibətlərin normallaşdırılması barədə razılığa gəliblər. Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.



Qeyd edək ki, bu gün Ankarada M.Çavuşoğlu ölkədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla görüşüb. Görüşdən sonra türkiyəli nazir belə bir açıqlama ilə çıxış edib: "ABŞ-la Türkiyənin münasibətləri kəskin mərhələyə çatıb, münasibətləri normallaşdırmaq üçün atılmalı addımlar var".

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu