Afrində 1614 terrorçu zərərsizləşdirildi


Afrində 1614 terrorçu zərərsizləşdirildi


Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı son rəqəmləri açıqlayıb.



Bu barədə "Hürriyyet.com" xəbər verib.

Türkiyə ordusuna istinadən yayılan məlumata görə, "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 1614 terrorçu zərərsizləşdirilib.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb.

Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb. (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu