Moskvada havanın temperaturu -25 dərəcəyə düşüb


Moskvada havanın temperaturu -25 dərəcəyə düşüb


Ötən gecə Rusiya paytaxtı Moskvada 25 dərəcə şaxta qeydə alınıb.

RİA “Novosti” xəbər verir ki, Arktik antisiklonun irəliləməsi gecə temperaturu -25 dərəcəyə qədər endirib.

Rusiya paytaxtında gündüz havanın temperaturunun -4 -16 dərəcə olacağı gözlənilir.

Sinoptiklər fevralın 22, 23 və 24-də builki qışın ən soyuq gecələrinin olacağını proqnozlaşdırırlar.

Hidrometeoloji Mərkəzdən bildirilib ki, belə davamlı soyuq insanlar üçün təhlükəlidir. Mütəxəssislər vurğulayıblar ki, belə hava şəraiti Moskva üçün anomal haldır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu