Gürcülərin Almaniyadan kütləvi deportasiyası başladı


Gürcülərin Almaniyadan kütləvi deportasiyası başladı


Avropa İttifaqı ərazisində qalmaq şərtlərini pozan gürcü vətəndaşları kütləvi şəkildə Almaniyadan deportasiya olunur.

Bu barədə Gürcüstanın Baş konsulluğu məlumat yayıb.

“Dünən Almaniya Federativ Respublikasından növbəti readmissiya həyata keçirilib, 65 vətəndaş qaytarılıb”, - deyə diplomatik missiyadan bildiriblər.

Agentliyin məlumatına görə, bu məlumatı sosial şəbəkələrdə Almaniyada yaşayan gürcülər yayıb. Onların məlumatına görə, ölkədən çıxarılanlar Şimali Reyn-Vestfaliya və Baden-Vürtemberq torpaqlarında yaşayıblar. Bildirilir ki, yaxın vaxtlarda analoji işlər üzrə çoxsaylı məhkəmə iclasları təyin olunub və bu məhkəmələrdə işlərə çox tez baxırlar.

Qeyd edək ki, 2017-ci ilin martında Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qurulub. Gürcüstan vətəndaşları vizasız 90 gün ərzində Avropa İttifaqı və Şengen ölkələrində qala bilərlər. Lakin iş və ya tədris üçün viza almağa məcburdurlar. Qaydaları pozanları Gürcüstana deportasiya edir və 3 min avro cərimələyir, həmçinin 5 il ərzində Aİ-yə gəlməyə qadağa qoyurlar.(oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu