Türkiyə Ordusu terrorçuların silah-sursat daşıyan konvoyunu məhv etdi


Türkiyə Ordusu terrorçuların silah-sursat daşıyan konvoyunu məhv etdi


Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinə yaxınlaşan terrorçuların konvoyuna zərbələr endirib.

Trend-in verdiyi məlumata əsasən, PYD/YPG, PKK və İŞİD terrorçularına aid konvoy Afrindən 15 km məsafədə olub.

Müəyyən edilib ki, 30-40 avtomobildən ibarət konvoy silah-sursat daşıyır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu