İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi


İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi


İsrail kəşfiyyat peyki ötən həftə Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilən Su-57 beşinci nəsil qırıcıları görüntüləyib.



Qırıcılarının fotoları İmage Sat İntl. şirkəti tərəfindən yayılıb. Bu şirkət öz peykləri ilə çəkilişlər aparır və vizual verilənlərin analizini aparır. Fotoşəkillər Eros B peyki trəfindən çəkilib.

Şəkillərin analizi göstərir ki, Rusiyanın yeni döyüş təyyarələri uçuşa hazırdır. Lakin onların əməliyyat imkanları məlum deyil, çünki təyyarələrin sınaqları hələ davam edir. Ekspertlərə görə Su-57 təyyarələrinin Suriyada yerləşdirilməsi onların real döyüş şəraitinə sınaqdan keçirilməsi məqsədi daşıyır. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu