Mövlud Çavuşoğlu Rusiyaya və ABŞ-a səfər edəcək


Mövlud Çavuşoğlu Rusiyaya və ABŞ-a səfər edəcək


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 12-də Rusiyaya üç günlüyünə rəsmi səfər edəcək.

"Reuters" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy məbuat konfransında bildirib.

“Türkiyə Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Bizim xarici işlər naziri martın 12-14-də Moskvaya rəsmi səfər edəcək. Səfər zamanı iki ölkə arasında yüksək səviyyədə əməkdaşlıq şurasının iclasına hazırlıq müzakirə olunacaq”, - o vurğulayıb.

H.Aksoy həmçinin Mövlud Çavuşoğlunun martın 14-də ABŞ-a rəsmi səfər edəcəyini də söyləyib: "Türkiyə XİN başçısı martın 18-də ABŞ dövlət katibi Reks Tillersonla görüşəcək".

Sözçü deyib ki, martın 8-9-da Türkiyə və ABŞ nümayəndələri arasında ştatların Suriyada terrorçu PKK/YPG-PYD-yə silah-sursat və hərbi texnika verməsi məsələsi müzakirə ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu