Seyşel adalarında gizli görüşün üstü açıldı- SENSASİON MƏQALƏ

Xəbərin çap versiyası
Tarix: 8-03-2018, 16:25    |    Xəbər oxunub: 1 888 dəfə
Seyşel adalarında gizli görüşün üstü açıldı-


ABŞ-da Rusiyanın 2016-cı il president seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller sensasion dəlil əldə edib.

Xüsusi prokurorun əlində prezident Donald Trump vəzifəyə keçməzdən öncə Seyşel adalarında gizli görüşün keçirilməsinə dair sübut var. “The Washington Post” yazır ki, görüşdə prezidentin seçki kampaniyasının məqsədi Kremllə gizli kanal yaratmaq olub.

2017-ci ilin yanvarında Hind Okeanındakı adada baş tutmuş görüş Erik Prinslə Kirill Dmitriyev arasında keçirilib. Prins ABŞ-ın tanınmış hərbi podratçısı, Trampın təhsil nazirinin qardaşıdır. Dmitriyev isə Rusiya prezidenti Vladimir Putinə yaxın, hökumətin nəzarətində olan birbaşa investisiyalar fondunun rəhbəridir.

Seyşel adalarında gizli görüşün üstü açıldı-


Erik Prins

Qəzet martın 7-də məsələylə tanış adamlara istinadla yazsa da ad çəkməyib. Məlumata görə, Müllerlə əməkdaşlıq edən şahid müstəntiqlərə deyib ki, görüş öncədən təşkil olunub, məqsəd Tram-ın keçid komandasının üzvünü Moskvanın elçisi ilə görüşdürmək, iki ölkənin gələcək münasibətlərini müzakirə etmək olub.

Seyşel görüşünü təşkil edərək ona qatılmış livanlı amerikalı biznesmen Corc Nader artıq məsələylə bağlı böyük jüri qarşısında ifadə də verib. Jüri Trampın seçkikampaniyası ilə Kremlin mümkün əlaqələrinə dair dəlil toplayır.

Qəzetin yazmasına görə, Nader yanvardan Müllerin istintaqıyla əməkdaşlığa başlayıb. Prince Trampın adından Dmitriyev ilə görüşmədiyini deyib, jurnalistlərə söyləyib ki, görüşlə bağlı ötən il dediklərindən istifadə etsinlər.

Seyşel adalarında gizli görüşün üstü açıldı-


Kirill Dmitriyev

Ötən il Prins konqresmenlərə və mediaya görüşün planlı olmadığını, o, Seyşeldə dəbdəbəli otelə Birləşmiş Ərəb Əmirliklərindən rəsmilərlə görüşə gedərkən təsadüfən baş tutduğunu demişdi.

Prins Trampın kampaniyasında formal rol oynamayıb və dediyinə görə, Seyşelə Trampın qeyri-rəsmi emissarı kimi deyil, şəxsi biznesmen kimi gedib.Dediyinə görə, onu Dmitriyevə Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri təqdim edib və onunla 30 dəqiqədən çox ünsiyyətdə olmayıb. O, ötənilki açıqlamasında görüşün Kremllə gizli kanal yaratmaq məqsədiylə təşkil olunduğunu məxsusi danıb.

“Neftin qiymətindən tutmuş, onun ölkəsinin ABŞ-la normal ticarət münasibətlərini bərpasını necə istədiyinə dair müxtəlif mövzularda söhbət etdik”, – Prins konqresmenlərə deyib.

Seyşel adalarında gizli görüşün üstü açıldı-


“The Washington Post” yazıb ki, Birləşmiş Əmirliklər bu görüşə vasitəçilik etməyə razılıq verib, bir niyyəti Rusiyanı İranla sıx münasibətlərini məhdudlaşdırmaq üçün dilə tutmağın mümkün olub-olmadığını öyrənmək istəyib. Bu, həm Tramp administrasiyasının, həm də bir neçə Körfəz ərəb ölkəsinin əsas hədəfidir. Qəzet ABŞ rəsmilərinə istinadla yazır ki, Moskva buna razılıq verərdisə, Tramp administrasiyasının Rusiyaya sanksiyaları yüngülləşdirməyə əsası olardı.

Seyşel görüşündən sonra Nader bir neçə dəfə Ağ evdə olub, azı bir dəfə prezidentin keçmiş müşaviri Stefan Bannon və Trampın kürəkəni Jared Kuşner ilə görüşüb.

Qeyd edək ki, xüsusi prokuror Trampın komandasının Moskva ilə gizli işbirliyinə dair başqa faktları da araşdırır. Seyşel adalarında baş tutmuş həmin gizli görüş isə Trampın Moskva ilə gizli əməkdaşlığına dair çox tutarlı dəlil ola bilərdi.(Virtualaz)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur