Türkiyə ordusunun Baş Qərargahı Afrində xəstəxananın bombalanması xəbərini təkzib edib


Türkiyə ordusunun Baş Qərargahı Afrində xəstəxananın bombalanması xəbərini təkzib edib


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriyanın Afrin bölgəsində xəstəxanaya hava zərbələri endirilməsinə dair yayılan məlumatları təkzib edib.


APA-nın xəbərinə görə, bu barədə qurumun “Tvitter”dəki səhifəsində bildirilir.

“Türk Silahlı Qüvvələri tərəfindən Afrində xəstəxananın bombalanmasına dair xəbərlər həqiqətə uyğun deyil”, məlumatda deyilir.

Türkiyə SQ Baş Qərargahından həmçinin bildirilib ki, "Zeytun budağı" əməliyyatı dinc insanlara zərər verilməyəcək şəkildə həyata keçirilir.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu