Vətəndaş məhkəmədə sağ olduğunu sübut edə bilməyib- ŞOK

Xəbərin çap versiyası
Tarix: 17-03-2018, 10:48    |    Xəbər oxunub: 1 139 dəfə
Vətəndaş məhkəmədə sağ olduğunu sübut edə bilməyib-


Rumıniyanın Vasluy kəndinin 63 yaşlı sakini, ölməsi faktı 2016-cı ildə qəbul edilən Konstantin Reliu məhkəmədə sağ olduğunu sübut edə və vəfatı barədə şəhadətnaməni ləğv etdirə bilməyib.

Bu barədə "Agerpres" məlumat yayıb. Bildirilir ki, o, məhkəməyə çox gec müraciət etdiyindən prosesi uda bilməyib. İndi Konstantin Reliu hüquqi cəhətdən ölü sayılır.

"Yaşamağıma baxmayaraq sənədlərə görə mən ölüyəm. Heç bir gəlir mənbəyim yoxdur. Ölü kimi qəbul edildiyimdən işləyə bilmir, bu ölkədə heç nə edə bilmirəm", - deyə Reliu məhkəmədə deyib.

O, 1992-ci ildə işləmək üçün Rumıniyadan Türkiyəyə gedib. Ailəsi ilə fikir ayrıldığı səbəbindən yaxınları ilə əlaqəsini itirib. 2013-cü ildə Reliunun həyat yoldaşı ondan heç bir xəbər ala bilmədiyina görə, məhkəməyə müraciət edərək ərinin ölü kimi tanınmasını xahiş edib. Məhkəmə 2016-cı ildə qadının iddiasını təmin edib.

Bu il Türkiyənin müvafiq orqanları Konstantin Reliunun bu ölkədə olma müddətinin başa çatması səbəbindən onu ölkədən çıxararaq Rumıniyaya göndəriblər.(Report)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır-

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır- ƏƏSMN rəsmisi

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub-

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu-

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu- Narazılıq böyüyür

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur