Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlandı


Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlandı


Rusiyada 18 martda keçirilən prezident seçkilərinin yekun nəticəsi açıqlanıb.



8 namizədin mübarizə apardığı, 56 milyon 430 min 712 seçicinin iştirak etdiyi seçkilərdə Vladimir Putin qələbə qazanıb. O, 76,69% səs toplayıb.

Kommunist Partiyasının lideri Pavel Qrudinin 11,77%-lə 2-ci, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə 5,65%-lə 3-cü sırada qərarlaşıb.

Vətəndaş Təşəbbüsü Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak 1,68 faizlə 4-cü, "Yabloko" Partiyasının namizədi Qriqori Yavlinski 1,05 faizlə 5-ci, İnkişaf Partiyasından olan namizəd Boris Titov və Rusiya Kommunistləri Partiyasının namizədi Maksim Suraykin 0,68 faizlə 6-7-ci, Rusiya Ümumxalq Partiyasının namizədi Sergey Baburin isə 0,65 faizlə 8-ci yeri tutub. (qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu