Fransada marketə hücum edən İŞİD-çidən şok tələb: ölənlərin sayı artır


Fransada marketə hücum edən İŞİD-çidən şok tələb:


Fransanın Treb şəhərində supermarketə hücum edən terrorçu tələbini irəli sürüb.



Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, o, polisdən Parisdə 3 il öncə Parisdə 129 nəfərin ölümünə səbəb olan terror aktının iştirakçılarından olan Salah Abdesselamın azadlığa buraxılmasını tələb edib.

Terrorçu həmçinin canlı yayımda İŞİD-ə bağlılıq andı içdiyi bildirilir.

Fransa mətbuatının məlumatına görə, girovlar qaçaraq terrorçunun əlindən qurtula bilib. Hazırda marketdə yalnız bir polis işçisinin və terrorçunun qaldığı bildirilir.

Trebə gedən Fransanın daxili işlər naziri Cerard Kollomb əməliyyatın davam etdiyini açıqlayıb.

BFM TV-nin son dəqiqə məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu