İstanbulda atışma baş verib – polis əməkdaşı yaralanıb


İstanbulda atışma baş verib – polis əməkdaşı yaralanıb


Türkiyənin İstanbul şəhərində atışma baş verib.

Türkiyə mətbuatı yazır ki, atışma nəticəsində polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, üç naməlum şəxs və polis arasında borca görə baş verən mübahisənin sonunda naməlum şəxslər atəş açaraq, hadisə yerindən qaçıblar.

Yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır, şübhəli bilinən 6 nəfər saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu