Türkiyə Afrikada da “FETÖ əməliyyatı”na başladı


Türkiyə Afrikada da “FETÖ əməliyyatı”na başladı


Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Qabonda fəaliyyət göstərən FETÖ üzvlərinə qarşı əməliyyat keçirib.

Bu barədə təhlükəsizlik mənbələrinə istinadən “Anadolu” informasiya yayıb.

Məlumata görə, Qabondakı FETÖ qruplaşmasını çökdürən əməliyyat nəticəsində 3 lider Türkiyəyə gətirilib. Əməliyyat nəticəsində Türkiyəyə gətirilənlər Osman Özpınar, İbrahim Ağbaş və Adnan Dəmirönal adlı şəxslər olub. Terrorçular Qabondan xüsusi təyyarə vasitəsilə Türkiyəyə gətirilib.

Xatırldaq ki, MİT bir qədər əvvəl Kosovoda da xüsusi əməliyyat keçirərək axtarışda olan FETÖ-çuları ölkəyə gətirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu