Tramp: "Rusiya, hazır ol, raketlərimiz gəlir"


Tramp: "Rusiya, hazır ol, raketlərimiz gəlir"


ABŞ prezidenti Donald Tramp "Twitter" hesabı vasitəsilə Rusiyaya xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, Tramp Rusiyanı gözəl, yeni və "smart" raketlərlə hədələyərək mülki vətəndaşların ölümünə səbəb olan Bəşər Əsəd höküməti ilə əməkdaşlıqda ittiham edib.

Qeyd edək ki, ötən günlərdə Suriyanın Şərqi Quta ərazisinin Duma şəhərində kimyəvi silahdan istifadə edilib. Silah çox sayda mülki vətəndaşın ölümünə səbəb olub. Hücumdan sonra ABŞ Suriyaya hərbi müdaxilə barədə məsələni gündəmə gətirib. Bu gün Rusiyanın Livan səfirliyi ABŞ tərəfindən Suriyaya ediləcək müdaxilədə bu ölkəyə aid raket və raketlərin atıldığı yerləri vuracaqlarını demişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu