Ermənilərin özlərinə yazıqları gəlir


Ermənistanda may ayında hakim partiyanın İrəvanın mərkəzindəki mitinqi zamanı partlayan hava şarlarının yeganə təqsirlisi olan Serob Bozoyan adlı şəxsin məhkəməsi başlayıb.
Ermənistanın Respublika partiyasının mitinqində hava şarları dolduran Bozoyan məhkəmədə qısa danışıb. O, sağlamlığı ilə bağlı xeyli problemi heç yerdə işləmədiyini, qazancını tikinti, küçə ticarətindən qazandığını deyib.

Qeyd edək ki, may ayının 4-dəki hakim partiya tərəfindən təşkil edilən mitinqdə yüngül qazlarla doldurulmuş yüzlərlə hava şarının partlaması nəticəsində 154 nəfər müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Erməni mətbuatında da hakim partiyanın keçiridiyi mitinq konsertdə baş verənləri tənqid edilib. Belə ki, şərhlərdə qeyd edilir ki, partiya Respublika meydanında keçirdiyi rəsmi ciddi tədbirində hər hansı yaşlı kişidən şar alıb, onları ev şəraitində metanla doldurur və meydanda partlayaraq, onlarla insanın yaralanmasına səbəb olur. Ölkə prezidenti isə meydanda ağrıdan və baş vermiş hadisədən dəhşətə gələrək qaçan vətəndaşlarına belə baxmadan çıxışını bir saniyə belə saxlamır. "Metanlı şarları kim, nə üçün alıb bəlli deyil. Nəticədə isə bir günahkar var. Bu ancaq absurd teatr oyunudur. Özümüzə yazığımız gəlir".

Menbe: ANS PRESS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu