Ermənistanın yeni baş naziri bu gün bilinəcək


Ermənistanın yeni baş naziri bu gün bilinəcək


Bu gün Ermənistan parlamenti ölkənin yeni baş nazirini seçəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla bağlı səsvermə Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.
Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

Qeyd edək ki, Ermənistanda Konstitusiya dəyişikliklərindən sonra prezident səlahiyyətləri baş nazirə verilib. Bundan sonra Ermənistanda ölkəni baş nazir idarə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu