32 yaşlı kişini İtaliyada övladlığa götürdülər


32 yaşlı kişini İtaliyada övladlığa götürdülər


İtaliyanın Trento şəhərinin məhkəməsinin qərarına əsasən, italiyalı ailə 32 yaşlı Belarus vətəndaşını övladlığa götürüb.

AFN “Sputnik”ə istinadən xəbər verir ki, ailə bu belaruslu kişini 20 ilə yaxındır ki tanıyır. Hələ 11 yaşında ikən o, Çernobıl faciəsindən əziyyət çəkmiş uşaqlara yardım proqramı üzrə İtaliyada bu ailənin qonağı olub.

Böyüyəndən sonra da ailə onunla əlaqəni kəsməyib – qonaq çağırıblar, italiyalılar özləri də Belarusa ona qonaq gəliblər. Hazırda 32 yaşlı kişi yük daşımaları ilə məşğul olur və artıq işi ilə əlaqədar tez-tez İtaliyada olur. Övladı olmayan italiyalı ailə üçün o, əsl övlada çevrilib.

Artıq 32 yaşına çatmasına, ailə sahibi və ata olmasına baxmayaraq, italiyalılar Belarus vətəndaşını övladlığa götürməyə qərar veriblər ki. rəsmi varisləri olsun.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu