Sarkisyan Paşinyan görüşü: Qısamüddətli danışıq, təhdid və həbs-VİDEO


Sarkisyan Paşinyan görüşü:


Bu gün Ermənistanın baş naziri Serj Sarkisyanla aksiyaçıların lideri Nikоl Раşinуаn arasında qısa müddətli görüş baş tutub.



AFN xəbər verir ki, görüş zamanı Sarkisyan onun çoxsaylı görüşmək çağırışlarına müsbət cavab verən Paşinyana razılıq edib. Amma aksiyaçıların lideri burda bir anlaşılmazlıq olduğunu bildirərək qeyd edib ki, "mən prezident Sarkisyanla danışanda ona açıq şəkildə bildirdim ki, biz sizin dediyiniz kimi, danışıq aparmaq niyyətində deyilik". O, daha sonra qeyd edib: “Biz öz təklif elədiyimiz gündəmi müzakirə eləmək istəyirdik. Yəni sizin istefanızın və hakimiyyətin dinc şəkildə ötürülməsinin şərtlərini”.

Öz növbəsində baş nazir Sarkisyan bildirib ki, bu nə danışıqdı, nə də dialoq: "Bu sadəcə qanuni höküməti ultimatum verərək santaj eləməkdi. Siz öz məsuliyyətinizi dərk eləmirsiniz. 2008-ci ilin prezident seçkilərindən nəticə çıxartmamısınız. Əgər siz tonunuzu dəyişib qanuni və məntiqüi addımlar atmasanız nəticələrə görə bütün məəssuliyyət sizin üzərinizə düşəcək. Bu sizin seçiminizdi".

Paşinyan cavabında bildirib: "Hələ heç kəs bizimlə həd-qorxu dilində danışmağa cəsarət eləməyib. Bundan sonra da heç vaxt cəsarət eləməyəcək. Mən sizə bir daha bildirirəm ki, siz ölkədəki vəziyyəti anlamırsınız və heç bir hakimiyyətə malik deyilsiniz. Hakimiyyət xalqa keçib".

S.Sarkisyan aksiyaçıların liderinə etiraz edərək danışıqları tərk edib. O üzünü jurnalistlərə tutaraq “İndi özünüz nəticə çıxardın” - deyib.

Danışıqlardan bir neçə saat sonra polis Paşinyanı Yerevan küçələrində aksiya zamanı saxlayıb.

AFN prosesləri əks etdirən videonu sizə təqdim edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu