11 yaşlı qız baş nazir kreslosunda oturdu


11 yaşlı qız baş nazir kreslosunda oturdu


Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə Baş nazir Binəli Yıldırım uşaqları qəbul edib.

“Anadolu” xəbər verir ki, bu, Türkiyə Respublikası elan edilməzdən əvvəl ilk milli bayramdır.

Binəli Yıldırım öz vəzifə kreslosunu 11 yaşlı Esma Didesu Daşyürekə təhvil verib.

“Hamıya neçə-neçə xoşbəxt bayram arzulayıram. Bizlərə bu bayramı ərmağan edən Qazi Mustafa Kamal Atatürk və əziz şəhidlərimizi, qazilərimizi hörmət və rəhmətlə anıram. Sevimli dostlarım hamınızın 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramınız mübarək olsun. Təhsillə bağlı uşaqların fikri nəzərə alınmalıdır”, - 11 yaşlı “baş nazir” vurğulayıb.

11 yaşlı qız baş nazir kreslosunda oturdu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu