Serj Sərkisyan: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"-YENİLƏNİB


Serj Sərkisyan:



Ermənistan hökumətinin mətbuat xidməti cəmi 5 gün əvvəl seçildiyi baş nazir vəzifəsindən az əvvəl istefa verən Serj Sərkisyanın xalqa müraciətini yayıb.

“Mən sizə dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhvə yol verdim. Yaranmış situasiyada bir neçə həll yolu var, lakin mən bunların heç birinə getmirəm. Bunlar mənə görə deyil. Mən ölkəmizin başçısı vəzifəsini tərk edirəm”-Serj Sərkisyan bildirib.

***

Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya gedib.

APA-nın məlumatına görə, bu barədə "news.am" saytı məlumat yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu