Kadırov Trampı həbslə hədələdi


Kadırov Trampı həbslə hədələdi


Çeçenistan lideri Ramzan Kadırov “Rossiya 24” telekanalına müsahibə verib.

Kadırov Tramp və Merkel kimi Qərb siyasətçilərinin Çeçenistana gələcəkləri təqdirdə nə baş verəcəyi barədə danışıb.

“Biz də Tramp, Merkel və digərləri barəsində sanksiya qərarı qəbul etmişik. Əgər onlar respublikaya gəlsələr, dərhal onları tutub həbs edəcəyik. Əgər burada hesab açsalar, bağlayacağıq”, - Çeçenistan başçısı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu