"Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil"- Brüsseldən TƏHLİL

Xəbərin çap versiyası
Tarix: 25-04-2018, 11:26    |    Xəbər oxunub: 637 dəfə
"Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil"-


​​Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə çıxan minlərlə nümayişçi 10 illik prezidentlik dövründən sonra ölkə parlamenti tərəfindən Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə etiraz nümayiş etdirdi. Bir neçə gün ərzində küçələrdə 100 mindən çox adam yeni təyin olunmuş baş nazirin istefasını tələb etdi. Aprelin 23-də Serj Sarkisyan 11 gün davam edən etiraz aksiyasından sonra istefa verib.



Brüsseldə yerləşən Cənubi Qafqaz üzrə Avropa Siyasəti Mərkəzinin baş analitiki Amanda Paul Eurasia Diary-ə verdiyi müsahibəsində Ermənistanda baş verən bu irimiqyaslı nümayişin səbəbləri haqqında danışıb."Bu etirazlar vasitəsilə ermənilər: - Kifayətdir ! Yetər ! - dedilər. Ermənilər Sarkisyanın şantajçıları və müttəfiqlərindən cana doyub. Onlar səssiz qalmaqdan və Sarkisyanın prezident postunu baş nazir vəzifəsilə əvəz edərək hakimiyyətdəqalmasına imkan verən siyasi sistemdəki dəyişiklikləri qəbul etməkdən imtina etdilər", deyə Amanda Paul bildirib.

O, bu etirazların həlledici olduğunu, buna baxmayaraq, bunun son bir neçə il ərzində ermənilərin rəhbərliyə qarşı qəzəb və narazılığını ifadə etdiyi 2015 -ci ildə keçirilən "Ermənistanın elektrik şəbəkələri" nümayişləri də olmaqla ilk hal olmadığını deyib. Ancaq bu dəfə küçəyə çıxan adamların sayı görülməmiş dərəcədə çox idi və təxminən 200 minə çatırdı.

"İnsanlar rüşvətxorluqdan, iqtisadi çətinliklərdən, özbaşınalıqdan, qeyri-demokratik idarəetmədən, sosial bərabərsizliydən və s. yorulmuş və daha yaxşı həyat istəyirlər. Cəmiyyət daha fəal olub, xüsusilə də gənc nəsil səthi islahatlar deyil, real dəyişikliklər istəyir. Vətəndaş cəmiyyəti daha da güclənib. Ermənilər hakimiyyətə qarşı çıxmağa, dəyişiklikləri tələb etməyə və Sarkisyan getməyincə evə dönməyəcəklərinə hazır olduqlarını nümayiş etdirdilər. Ancaq onun istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil. Yeni parlament seçkilərinin keçirilməsi tələbi var və bu növbəti addım olmalıdır", deyə Amanda Paul əlavə edib.

Beynəlxalq ictimaiyyətin Ermənistandakı etirazlara reaksiyasından danışarkən Amanda Paul deyib ki, onlar dialoq qurulmasına və təmkinli olmağa çağırdılar; lakin sonda Sarkisyan başa düşdü və daha öncə olduğu kimi ağır taktikaya əl atmaq və güc tətbiq etmək əvəzinə istefa verdi.

"Belə bir qərarın verilməsi, qərblə xüsusilə də, Ermənistanın yenicə müqavilə bağladığı Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsinə gətirib çıxarardı. Bu razılaşma İrəvan üçün önəmlidir", - deyə o bildirib.

«Aydındır ki, Ermənistanda yaşayan hərbi sülhməramlıların nümayişçilərlə çiyin-çiyinə durmaq qərarı həlledici oldu. Bu hökumətin inamını qırdı və onların vəziyyətə nəzarət etməsinə mane oldu", - sonda o qeyd edib.

Baş analitik Amanda Paul bildirib ki, Ermənistankı bu vəziyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində çətin ki, hər hansı bir dəyişikliyə səbəb olsun. O deyib ki, bunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir edəcəyini görmək üçün zamana ehtiyac var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Erməni nazir:

Erməni nazir: İran qazı bizim cibimizə görə deyil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

“Səhliyalı” barədə cavabsız suallar:

“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

“SABAH” qrupunun tələbələri

“SABAH” qrupunun tələbələri "Qaçqınkom"da olublar

Binəqədidə yolların yenidən qurulması üçün

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

Yol Polisinin rəhbərliyi Milli Məclisə

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur