Hüseyn Abdullayevdən sonra Almaniyada daha bir müxalifətçi tutuldu


Hüseyn Abdullayevdən sonra Almaniyada daha bir müxalifətçi tutuldu


NİDA radikal gənclər təşkilatının keçmiş üzvü Rəşad Həsənov siyasi sığınacaq almağa çalışdığı Almaniyada saxlanılıb. Bu barədə azərbaycanlı siyasi mühacirlər tərəfindən təsis olunmuş “AzEuroNews” nəşri xəbər verir.

Mənbəyə əsasən, Rəşad Həsənov alman polisi tərəfindən saxlanılıb. Buna səbəb kimi onun barəsində Əcnəbilərin işləri üzrə Federal idarəyə daxil olmuş şikayətlər göstərilib.

Hüseyn Abdullayevdən sonra Almaniyada daha bir müxalifətçi tutuldu


Rəşad Həsənov əlləri qandallı məhkəməyə gətirilib və burada onun Litvaya ekstradisiya olunması barədə qərar qəbul edilib. Daha öncə Almaniya vizasını R.Həsənov məhz Litvada alıbmış. Gözlənildiyinə görə, müxalifətçi yaxın günlərdə Almaniyadan qovulacaq.

Xatırladaq ki, aprelin 22-də Türkiyədə keçmiş deputat və yalançı siyasi mühacir Hüseyn Abdullayev tutulub və Azərbaycana ekstradisiya olunub. Onun barəsində ölkəmizdə vergidən yayınma ilə bağlı cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu