"Ermənistanın yeni baş naziri Paşinyan olacaq"- Karapetyan


"Ermənistanın yeni baş naziri Paşinyan olacaq"-


Ermənistanda baş nazir vəzifəsini icra edən Karen Karapetyan prezident Armen Sarkisyandan ölkədə növbədənkənar parlament seçkiləri təyin etməyi xahiş edib.

TASS-ın məlumatına görə, Karapetyan parlament seçkilərində müxalifət lideri Nikol Paşinyanın qələbə qazanacağı ehtimalını inandırıcı hesab edib.

“Yaranmış vəziyyət dalana dirənib. Paşinyan bəyan edib ki, müvəqqəti baş nazir xalqın namizədi, yəni özü olmalıdır. Mən prezidentdən siyasi qüvvələrlə məsləhətləşməyi və yeni parlament seçkilərinin təyin olunmasını xahiş etdim. Əgər Ermənistan vətəndaşları Paşinyanı seçmək istəsələr, ölkənin baş naziri məhz o olacaq”, - deyə Karapetyan bildirib.

Armen Sarkisyan ölkədə yaranmış mürəkkəb vəziyyəti və çıxış yollarını müzakirə etmək üçün parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə məsləhətləşmələrə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu