Rusiyalı deputatlar təcili Ermənistana gedib


Rusiyalı deputatlar təcili Ermənistana gedib


Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin deputatları Ermənistana gedib.

AzVision.az xəbər verir ki, bu barədə “TASS-a Rusiya parlamentindəki mənbə bildirib. Qeyd olunub ki, hazırda komitənin sədri Leonid Kalaşnikov daxil olmaqla 9 deputat Ermənistan parlamentinin nümayəndələri ilə görüş keçirir.

Rusiyalı deputatlarla görüşdə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə komissiyasının üzvləri iştirak edirlər. Mənbə tərəflərin hansı məsələləri müzakirə etdiyi barədə məlumat verməyib: “Görüşün nəticələri barədə sonradan məlumat veriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu