Netanyahu ilə Putin təcili görüş barədə razılığa gəldilər


Netanyahu ilə Putin təcili görüş barədə razılığa gəldilər


Bu axşam İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə İsrail baş nazirinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, liderlər İranın hərbi nüvə proqramını davam etdirməsi və İsrailin İranın nüvə arxivini ələ keçirməsi ilə bağlı müzakirə aparıblar.

"Liderlər, həmçinin Suriyadakı vəziyyəti müzakirə edib və mümkün qədər tez görüşmək barədə razılığa gəliblər", - deyə məlumatda vurğulanıb.

O da bildirilib ki, daha əvvəl Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə danışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu