Tramp Kim Çen İnlə görüşə hazırlaşır


Tramp Kim Çen İnlə görüşə hazırlaşır


Amerika prezidenti Donald Tramp ABŞ və KXDR arasında keçiriləcək ikitərəfli sammitin yerinin və vaxtının razılaşdırıldığını bildirib.
TASS-ın məlumatına görə, Tramp razılaşmanın detallarını jurnalistlərə açıqlamayıb.


“Bizim Şimali Koreya ilə çox məzmunlu danışıqlarımız gedir. Girovlar (KXDR həbsxanalarında saxlanılan 3 amerikalı) barədə çox şey baş verib. Güman edirəm ki, çox yaxşı xəbərlər olacaq”, - deyə ABŞ prezidenti bildirib.

Hazırda ABŞ və KXDR Donald Tramp və Kim Çen In arasında görüşün detallarını müzakirə edir. Bir qədər əvvəl Birləşmiş Ştatların prezidenti sammitin 3 və ya 4 həftədən sonra Koreyanın cənubu və şimalı arasındakı sərhədyanı Panmuncom məntəqəsində keçirilə biləcəyini demişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu