Putin Paşinyanla görüşməyə hazırlaşır


Putin Paşinyanla görüşməyə hazırlaşır


Kremldə Ermənistandakı etiraz hərəktının lideri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlıq görülür.

Virtualaz.org xəbər verir ki, bu barədə “Exo moskva” radiostansiyasının redaktoru Aleksey Venediktov özünün Telegram-bloqunda yazıb.

Gözlənilir ki, Putinlə Paşinyanın görüşü mayın 14-də Soçidə baş tutacaq, əlbətdə, Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində baş nazir postuna seçilərsə. Xatırladaq ki, Ermənistan parlamentdə çoxluğa malik olan Respublika partiyası Paşinyanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. Bundan sonra Paşinyan tərəfdarlarını küçələrdən çəkilib onun yeni mesajlarını gözləməyə çağırıb.

Ötən gün mayın 4-də isə Nikol Paşinyanın Rusiyanın İrəvandakı səfiri İvan Volınkinlə görüşü olub. Bildirilir ki, bu görüşdə səfir Paşinyandan Gümrüdəki Rusiya hərbi bazasına dair qarantiya istəyib. Paşinyan onu əmin edib ki, Rusiya hərbi bazasına dair müqavilədə heç bir dəyişiklik etməyəcək. Bundan sonra Volınkin Paşinyana Rusiyanın Ermənistandakı proseslərə qarışmayacağı vədini verib.

Lakin səfirlə görüşdən sonra Paşinyan “əks-inqilabçı qüvvələrin yenidən fəallaşdığı” barədə məlumatlar aldığını bildirib və tərəfdarlarını yenidən küçələrə çıxmağa hazır olmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu