Tramp İrandakı hakimiyyəti dəyişmək istəyir


Tramp İrandakı hakimiyyəti dəyişmək istəyir


ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İrandakı “rejimi dəyişmək” arzusunda olduğunu bildirib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə vəkil İslam Respublikasında demokratiyanın irəliləyişini dəstəkləyən təşkilatın qurultayında deyib.

Nyu-Yorkun sabiq meri qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi “Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.

“Bu hətta Fələstin-İsrail münaqişəsinin nizamlanmasından də vacibdir”, - deyə Rudolf Culiani əlavə edib.

Xatırladaq ki, Donald Tramp yanvarda İranın iri şəhərlərindəki kütləvi etirazları şərh edərkən ABŞ-ın “vaxtı çatanda” İran xalqına dəstək verəcəyini bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu