“Mossad” agentləri iranlı hərbi müşavirləri aradan götürdü


“Mossad” agentləri iranlı hərbi müşavirləri aradan götürdü


İsrailin “Mossad” xarici kəşfiyyat qurumunun agentləri Liviyada iranlı hərbi müşavirləri zərərsizləşdirib.



Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, iranlı diplomatlar və güc strukturlarından olan nümayəndələr Liviya üzərində təsir “rıçaqları” əldə etmək üçün Tunis və Maltada yüksək vəzifəli liviyalı siyasətçilər, hərbçilər və biznesmenlərlə gizli görüşlər keçirib.

Liviyanın cənubuna göndərilən İnqilab keşikçiləri korpusundan olan iki hərbi müşavir sonradan müəmmalı şəraitdə həlak olub.

Mənbənin sözlərinə görə, İsrail agentləri Tunisdən Liviyaya daxil olan korpus nümayəndələrini bir müddət izləyiblər.

Onların “Mossad”ın işə cəlb etdiyi liviyalı yaraqlılar tərəfindən ölkənin cənubunda yerləşən şəhərlərdən birində öldürüldüyü bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu