12 müsəlman deputat İsrail həbsxanalarında cəza çəkir


12 müsəlman deputat İsrail həbsxanalarında cəza çəkir


İsrail polisi Şərqi Qüdsdəki Əl-Əqsa məscidində Qurani-Kərim oxuduqları zaman 12 fələstinli həbs edib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsinin mətbuat katibi Firas Dibs tutulan 12 fələstinlinin hara aparıldığından xəbərsiz olduqlarını deyib.

Bildirilib ki, İsrail polisi Qərbi Şəria və Şərqi Qüdsdə hər gün evlərə basqın edərək müxtəlif iddialarla fələstinliləri həbs edir. Fələstin hökumətinin rəsmi məlumatına əsasən, İsrail həbsxanalarında 450-si inzibati məhbus, 12-si deputat və 300-ü uşaq olmaqla, ümumilikdə 700-dən çox fələstinli saxlanılır.

Qeyd edək ki, İsrailin işğal etdiyi Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu