Trampla Putinin görüş yeri bəlli oldu


Trampla Putinin görüş yeri bəlli oldu


ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin ikitərəfli görüşünün keçirilməsi üçün Avstriyanın paytaxtı Vyana seçilə bilər.

AzVision.az bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, hər iki ölkənin lideri ən son apardıqları telefon danışığında bu barədə razılığa gəliblər və Vyananı görüş məkanı kimi nəzərdən keçiriblər.

“Prezidentlərin görüşünə uyğun gələcək müxtləif şəhərlər nəzərdən keçirilir. Bilirsiniz ki, sonuncu telefon söhbətində onlar bu cür görüşün keçirilməsinin vacibliyini, o cümlədən də, görüşün Vyanada ola biləcəyini müzakirə ediblər.” – deyə Peskov bildirib. Lakin vurğulayıb ki, bu barədə hələ ki, hansısa konkret razılıq mövcud deyil.

Qeyd edək ki, ötən gün Avstriya hökuməti Trampla Putinin görüşünü keçirməyə hazır olduqlarının bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu