Tbilisidə nümayişçilərin həbsləri başladı


Tbilisidə nümayişçilərin həbsləri başladı


Gürcüstan polisi bu gün səhər saatlarında Tbilisinin mərkəzində etiraz aksiyasının daha 3 iştirakçısını saxlayıb. RİA "Novosti" xəbər verir ki, bu barədə jurnalistlərə nümayişçilər bildiriblər.

Qeyd edək ki, dünən Tbilisidə ötən ilin dekabr ayında iki yeniyetmənin qətlə yetirilməsi cinayət işi üzrə "ədalətin bərpası" tələbi ilə mayın 31-də başlamış etiraz aksiyası bərpa edilib.

Gürcüstan KİV-inin məlumatına görə, nümayişçilər Rustaveli prospektində çadırları avtomobil yoluna çıxarıblar. Amma hazırda avtomobillərin hərəkəti qismən bərpa edilib. Yolda üç çadır qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu