İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı saxlanıldı


İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı saxlanıldı


İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı milyonlarla dollar dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

İsrail KİV-i xəbər verir ki, bunu yerli polis idarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, nazirliyin adı açıqlanmayan əməkdaşı və daha 3 şübhəli artıq sorğu-sual edilib.

Polisdən bildirilib ki, onlar TSAXAL və Müdafiə Nazirliyinin infrastrukturları üçün nəzərdə tutulan vəsaitləri mənimsəməkdə şübhıli bilinirlər. Müdafiə Nazirliyinin məmuru hüquq-mühafizə orqanlarına icra olunan işin həcmi barədə yanlış məlumat verib.

Polisdən bildirilib ki, saxlanılanlara dələduzluq, rüşvətxorluq, ictimai etmadı doğrultmamaq və başqa cinayətlərlə bağlı ittiham irəli sürülə bilər.(“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu