Tramp müşavirini Moskvaya göndərir


Tramp müşavirini Moskvaya göndərir


ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya səfər edəcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarret Markuis “Tvitter” səhifəsində bildirib. Onun sözlərinə görə, səfərin məqsədi D.Trampın rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşünü müzakirə etməkdir.

Onun sözlərinə görə, C.Boltonun Rusiyaya səfəri iyunun sonuna planlaşdırılıb.

Qeyd edək ki, D.Tramp bundan əvvəl iyulda V.Putinlə görüşmək imkanını nəzərdən keçirdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu