Türkiyədə 17 ildən sonra bir ilk- 5 partiya TBMM-də


Türkiyədə 17 ildən sonra bir ilk-


Türkiyədə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, 1999-cu ildən sonra ilk dəfə Türkiyə Böyük Millət Məclisində (TBMM) 5 partiya təmsil olunacaq.

AzVision.az-ın məlumatına görə, TBMM-də Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (CHP), Xalqların Demokratik Partiyası (HDP) və İYİ Partiya təmsil olunma hüququ qazanıb.

Seçkinin nəticələrinə görə, TBMM-də AKP-nin 292, CHP-nin 147, HDP-nin 66, MHP-nin 49, İYİ Partiyanın 46 millət vəkili olacaq. Cumhur ittifaqı 340, Millət İttifaqı isə 193 millət vəkili ilə TBMM-də mandat qazanıb. Millət İttifaqına daxil olan Səadət partiyası, ittifaqın seçki barajını aşmasına baxmayaraq, TBMM-də təmsilçilik hüququ qazana bilməyib.

Qeyd edək ki, 16 aprel konstitusiya dəyişikliyi referendumundan sonra TBBM-də millət vəkillərinin sayı 550-dən 600 yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu