Türkiyədə 27-ci çağırış parlament üzvləri bəlli oldu


Türkiyədə 27-ci çağırış parlament üzvləri bəlli oldu


Ötən gün keçirilən parlament seçkilərində Türkiyə Böyük Millət Məclisində (TBMM) yer alacaq 600 millət vəkilinin adı bəlli olub.

"Anadolu" agentliyi xəbər verir ki, seçki qutularının 77 faizindəki səsvermə bülletenlərinin sayılması nəticəsində hakim Ədalət və İnkişaf Partiyası 293, Cumhuriyyət Xalq Partiyası 146, Xalqların Demokratik Partiyası 67, Milliyyətçi Hərəkat Partiyası 50, İYİ Partiyası isə 44 mandat qazanıb.

Deputatların tam siyahısı və parlament seçkilərinin yekun nəticəsi xaricdəki səsvermələr daxil olmaqla, səslərin hamısının sayılmasından sonra bəlli olacaq. Odur ki, yekun nəticələrdən sonra partiyalar arasındakı mandat nisbətində dəyişikliklər olacağı istisna edilmir.

Qeyd edək ki, ötən gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip Ərdoğan 52,6 faiz səslə qələbə qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu